Zamanın  Dahisi

174

Tarixi şəxsiyyət hüququ qazanmış hər bir siyasətçi zamanın və insanların yaddaşında öz yaratdıqları ilə əbədi yaşayır. Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Heydər Əliyev mənalı bir ömür yaşadı. Qısa zaman kəsiyində o, xalqını əsrlər boyu yolunda çarpışdığı arzusuna, ali məqama, müstəqilliyə qovuşdurdu. Dünya xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları çin etmək qüdrətinə malik bir sayasətçi idi və bunu öz layihələri ilə dəfələrlə sübut etdi. İnsanın bəşərin timsalına çevrilməsi nadir hadisələrdəndir. Məhz, Heydər Əliyev planetin bu əlçatmaz mərtəbəsinə yüksələn tək-tək şəxsiyyətlərdən biri oldu. 

                          Üçrəngli al bayrağımı,

                         Səkkiz guşə ulduzumu,

                          Ağ qızıllı hilalımı                         

                         Yer üzündən silmişdilər.

                         Əhməd Cavad nəfəsindən,

                         Üzeyir bəy nəğməsindən

                         Ayaq tutan himnimizi

                         Gözə bıçaq bilmişdilər.

                         Zaman ötdü, illər keçdi,

                         Biz bir azad nəfəs aldıq!

                        Ulu öndər Heydər gəldi!

                        Bayrağımı şan-şöhrətlə,

                        Göz dolusu məhəbbətlə

                        Vətənimdə ucaltdı O,

                        Himnimizi, gerbimizi, ordumuzu,

                        Əsarətdən çıxartdı O!

                        Azərbaycan! Azərbaycan!-deyə

                        Bir müstəqil Azərbaycan yaratdı O!  

Əsl rəhbər olmaq-ucaldığı zirvədən tək özünü və ətrafındakıları deyil, bütün dünyanı, insanı və insanlığı görmək, yaxşını pisdən, düzü əyridən seçmək deməkdir. Hər dəfə dönə-dönə xatırladığımız, mənəviyyatımızın ən yüksək özəlliklərini özündə daşıyan Heydər Əliyev dünyaya, insana və insanlığa, məhz, layiq olduğu zirvədən baxırdı. Mənəviyyatındakı sadəliyi, sadəliyindəki qayğıkeşliyi, qayğıkeşliyindəki ucalığı, ucalığındakı uzaqgörənliyi, uzaqgörənliyindəki müdrikliyi, müdrikliyindəki mətinliyi və yenilməzliyi insanlara sevdirməyi bacarırdı. Hər kəslə öz dilində danışırdı.  

Gözəl bir xalq deyimi var: “Ən uzaq görən insan-ən dərin düşüncəli insandır”. Heydər Əliyevin güclü intuisiyası vardı. Gələcək haqqındakı nikbin deyimlərində bunu aydın görmək,                                              duymaq olar. O, bütün dünyada, siyasət aləmində düşünən və düşündürən bir siyasətçi, təkrarolunmaz bir natiq kimi tanındı. 

Heydər Əliyev Azərbaycan xalqını düşdüyü çox uçurumlardan xilas etdi. Ona görə də bir daha dərin uçurumlara düşməmək üçün gələcəyə bu  insanın Heydər Əliyevin gözləri ilə baxmaq lazımdır.

                         Göylərdən enmisən sən yer üzünə,

                         Gözündə göylərin sonsuz mavisi.

                         Göylər ucalığın çəkdi gözünə

                         Göndərdi yerlərə haqqın elçisin.

İnsanın ürəkdən içdən gələn bir sözü, bir cümləsi onun mənəviyyatını göz önündə qoyur. Dahi şəxsiyyət Heydər Əliyev gözəl şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirindən bir parça deyərkən, onun ürəyinin Vətən, Torpaq, Yurd sevgisi ilə necə titrədiyini hiss etməmək mümkün deyil. Bəlkə də həyatda heç nə, heç kim, heç bir itki, heç bir sevgi onu ağlada, kövrəldə bilməzdi. Canından çox sevdiyi Vətənindən başqa. Onun səsini titrədən, ürəyini kövrəldən təmənnasız Vətən sevgisi idi. 

Heydər Əliyev həyatda bütün yüksək zirvələri fəth etmişdi.  O, bu zirvələri fəth edə-edə  ürəyində bir zirvə, bir sevgi ucaltmışdı-Vətən zirvəsi, Vətən sevgisi!

Heydər Əliyev əlində olan heç bir şeyə vətəni kimi  sahiblənməmişdi. O, bəlkə də heç kimə belə ürəkdən “Sən mənimsən”- deməmişdi- Vətəndən başqa. Azərbaycan onun hər şeyi fikri, düşüncəsi, döyünən ürəyi idi. 

Nədənsə bu 4 misra şeiri o dahinin dilindən eşidəndə ürəyim titrəyir, gözlərim dolur. Mən onun sonsuz Vətən sevgisi qarşısında hönkür-hönkür ağlamaq istəyirəm. Və bu sevginin önündə dönə-dönə baş əyirəm. Çünki bu torpaqda yaşamağa hamıdan çox haqqı olan, Ana Vətəninə sığınıb – “Ayrılarmı könül candan” dedi Heydər Əliyev!

    “El bilir ki, sən mənimsən”- sanki göylər  söylədi, 

    “Yurdum -yuvam məskənimsən”- sanki yerlər söylədi,

    “Anam, doğma vətənimsən”- Ulu Öndər söylədi.

     Nə cansız ürək olar, nə də ürəksiz bir can,

    Bu milləti yaşadır Heydərlə Azərbaycan!    

                Bu yanğıdan, sevgidən ürəklər də titrədi,

               Yatan  ruhlar, göylərdə mələklər də titrədi.

                Şeytan, iblis, əzrayıl, fələklər də titrədi.

                Balanı anasından ayırmaq olmaz, inan.

                Ürəklərdə qoşadır Heydərlə Azərbaycan!

                Xəyalları çin etmək qüdrəti vardı səndə,

                Mənəvi dünyamızın sərvəti vardı səndə.

               Xalqımızın vicdanı, qeyrəti vardı səndə.

                Qiymətini vermişdi sənin idrakla zaman,

                Ürəklərdə yaşayır Heydərlə Azərbaycan!

Heydər Əliyevin mənalı həyatı, böyük xidmətləri və zəngin irsi gələcək nəsillərimizə milli düşüncə məktəbidir. Bu gün hər bir Azərbaycan vətəndaşının Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun layiqli davamçısı olan cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, onun siyasi xəttini müdafiə etməsi təsadüfü deyil. 

Heydər Əliyev mənalı ömür yolunda tarixi şəxsiyyət, böyük dövlət xadimi kimi Azərbaycan xalqının tale yükünü çiyinlərində daşımış, onun müstəqilliyə, azadlığa və xoşbəxtliyə qovuşması uğrunda fədai mübarizəsi aparmış, doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır sınaqlarından, tufanlarından çıxarmış, dünya tarixində tanınan bir liderdir.

Təranə Əliyeva

Naxçıvan  Dövlət Radiosunun əməkdaşı 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: