NUHÇIXAN xəbər verir ki, Babək rayonunda “Bitki xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılma qaydaları və kənd təsərrufatinda elmi yeniliklərin və texnologiyalarin tətbiqi” mövzusunda səyyari müşavirə keçirilib. Müşavirədə torpaq mülkiyyətçiləri iştirak edib.
Müşavirədə torpaq istifadəçiləri ziyanvericilərə qarşı istifadə olunan kimyəvi dərmanlar, onlardan istifadə qaydaları haqqında ətraflı məlumatlandırılıblar.
Sonda meyvə bağlarında rast gəlinən digər xəstəliklər barədə də iştirakçıların sualları cavablandırılıb.
Mədinə Rəhimli