Yuxuda yıxılmaq hissinin yaranma səbəbi

234

Tam yuxuya gedərkən hər birimiz yuxuda yıxılmaq hissi ilə ən azı bir dəfə qarşılaşmışıq.

NUHÇIXAN BBC-yə istinadən xəbər verir ki, buna səbəb beyindəki iki bölgənin nəzarət uğrunda mübarizəsidir. Bunu yuxunun bir parçası  kimi qəbul edəndə sanki boşluğa düşürük. Əslində isə bu beynimiz ətrafı ilə əlaqəsini kəsərkən meydana çıxan mübarizənin nəticəsində baş verən hadisədir. Yuxuda vücudumuz iflic olmuş kimi olar və dünyadakı hadisələrə hissiyyatsız olarıq. Lakin əzələ quruluşumuz belə olmaz. Əzələ quruluşumuz düyməyə basılmış kimi dayanmaz.

Beynimizdə retükkulyar aktivləşmə sistemi adlı bölgə nəfəs alma kimi əsas funksiyaları nəzarətdə saxlayar. Digər tərəfdən isə ventrolaterial preoptik nüvə isə yorğunluğumuzu nizamlayar. Yuxuya gedərkən retükkulyar aktivləşmə sistemi nəzarəti ventrolaterial preoptik nüvəyə təslim edər. Məhz bu sistemlər arasında nəzarətin təhvil-təsliminin arasındakı mübarizə nəticəsində biz qəfil yıxılma və ya beynimizin içindəki hansısa “partlamalarla” üzləşə bilərik. Bundan ötrü narahat olmağa dəyməz. Sadəcə fizioloji və bioloji hərəkət deyərək yan ötə biləcəyimiz bir hadisədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: