Yüngül Atletika Federasiyasında ötən ilin yekunları müzakirə edilib

200

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Federasiyanın sədri Rövşən Məmmədov bildirib ki, dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-ci ildə “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib. Müşavirədə 2018-ci ildə əldə edilən uğurlar və muxtar respublikada idmanın daha da inkişaf etdirilməsi, eləcə də buraxılan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, muxtar respublika birincilikləri və orta ümumtəhsil məktəbləri arasında kecirilən çoxnövçülük üzrə ümumrespublika turnirlərində 10-dan artıq komandada 200-dək oğlan və qız idmançı iştirak edir.  Belə ki, il ərzində federasiyanın idmançıları 1 beynəlxalq, 3 ölkə, 5 muxtar respublika əhəmiyyətli və 17 rayon birinciliyində öz güclərini sınayıblar. Federasiyanın idmançısı Əmrah Nağıyev 21 km məsafəyə “Bakı marafonu 2018” beynəlxalq kross yarışında azərbaycanlı yarışmaçılar arasında finişə birinci çatıb. 

Federasiya sədri qeyd edib ki, federasiyamızın nəzdində iki klub və 7 rayon bölməsi fəaliyyət göstərir. Klub və bölmələrdə təşkil edilən 84 qrupda 695 idmaçı təlimlərdə iştirak edir. Bunlardan 280-i qız, 415-si isə oğlanlardır ki, onlarla 11 məşqçi müəllim məşğul olur. 2019-cu il üçün də idmançılarımızın muxtar respublika və ölkə əhəmiyyətli yarışlarda iştirakını nəzərdə tutan  tədbirlər planı hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov qeyd edib ki, 2018-ci ildə Nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsində 330 tədbir keçirib. Ötən il ərzində ayrı-ayrı növlər üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 84, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 1, Azərbaycan birinciliklərində 105 medal olmaqla, ümummilikdə 195 medal qazanıblar. Cari ildə Yüngül Atletika idman növü üzrə idmançılar  Azərbaycan çempionatlarında 22 medal  əldə edib.

Müşavirədə məşqçi-müəllimləri maraqlandıran suallar da cavablandırılıb.

Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov və digər çıxış edənlər federasiya idmançılarının 2018-ci ildə istər muxtar respublika, istərsə də ölkə çemiponatlarında qazandıqları uğurlar barədə məlumat veriblər.

Sonda il ərzində uğur qazanan məşqçi və idmançılara federasiya tərəfindən hədiyyə və fəxri fərmanlar təqdim olunub.

İclas 2019-ci ildə görüləcək işlərin müzakirəsi ilə sona çatıb.

     Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: