Yüksəkixtisaslı həkim briqadası Naxçıvanda müayinələr aparıb

285

Ötən ay Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında və Babək rayonunda 167 müayinə, 17 katarakta əməliyyatı aparılıb. 20 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 21 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması məqsədilə 15 həkim Türkiyənin müxtəlif universitetlərinə və Bakı şəhər tibb müəssisələrinə təcrübəyə göndərilib, 75 orta tibb işçisi sertifikasiya imtahanına cəlb olunub. Yaylaqların ərazisində məskunlaşan heyvandarlar kütləvi tibbi müayinədən keçirilib.

Muxtar respublikanın Səhiyyə Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb, səhiyyə müəssisələri lazımi tibbi preparatlarla təmin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: