Yoluxucu xəstəliklər müzakirə olunub

100

Naxçıvan Muxtar Respublika Xəstəxanasında müasir dövrün aktual yoluxucu xəstəliklərindən olan brusellyoz və dəri-zöhrəvi xəstəliklərinin müalicəsinə dair elmi-praktik konfrans keçirilib.

Bildirilib ki, yoluxucu xəstəliklərin virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Brusellyoz və dəri-zöhrəvi xəstəliklərinə yoluxmuş insanlar bəzən bundan xəbərsiz olduğundan, həkimə müraciət etmir. Bu səbəbdən baş verən ağırlaşmalar bəzi hallarda əlilliyə, hətta ölümə də səbəb ola bilir. Odur ki, əhali arasında tibbi  profilaktik tədbirlər müntəzəm olaraq davam etdirilməli, geniş səhiyyə maarifi işi aparılmalıdır.

Sonra Yoluxucu Xəstəliklər Mərkəzinin həkimləri dəri-zöhrəvi xəstəliklərinin əlamətləri və profilaktikası barədə məlumat veriblər. Çıxışlar video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub.

 

  Hüseyn Əsgərov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: