Yığmamızın rəqibləri müəyyənləşib

106

Futbol üzrə 17 yaşadək qadınlardan ibarət Azərbaycan yığma komandasının Avropa çempionatının 2019/2020-ci il mövsümünün seçmə mərhələsindəki rəqibləri məlum olub.

NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, yığmamız 5-ci qrupda Norveç, Sloveniya və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Millimiz gələn il oktyabrın 17-də Sloveniya, üç gün sonra Norveç, ayın 23-də isə Farer adaları ilə qarşılaşacaq.

Beşinci qrupun oyunlarına Farer adaları ev sahibliyi edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: