Yerevanda yarmarka işçiləri aclıq elan ediblər

128

Yerevanda “Surmalu” yarmarkasında etiraz aksiyası keçirilib.

NUHÇIXAN “Sputnik”ə istinadən xəbər verir ki, yarmarkadakı ticarətçilərin bir hissəsi aclıq elan edib.

Aksiya iştirakçıları dükanların icarə haqqının 30 faiz azaldılmasını istəyirlər. Aksiya təşkilatıçıları ticarətçiləri tələbləri öz həllini tapanadək bütün ticarət obyektlərini bağlamağa çağırıblar.

Onlar iddia edir ki, bu ilin aprel ayında keçirilən etiraz aksiyaları zamanı yarmarka faktiki olaraq, işləməyib, bu da ticarəti iflic vəziyyətinə salıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: