Yerevanda 230-dək etirazçı saxlanılıb

113

Yerevanın hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda keçirilən aksiyalarda 228 etirazçını saxlayıb.

NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən bildirilib.

“Hazırda polis bölmələrində 228 vətəndaş var”, – deyə polis nümayəndəsi agentliyə bildirib.

Qeyd edək ki, bu gün Yerevanda növbəti etiraz aksiyası keçirilib. Aksiyaçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə narazılıq edirlər. İndiyə qədər keçirilən aksiyalarda yüzlərlə etirazçı saxlanılıb. Saxlanılanlar arasında müxalifətçi deputat Nikol Paşinyan da var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: