Yeniyetmələr arasında kikboksinq birinciliyi keçirilib 

118

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəlik Gününə həsr olunmuş kikboksinq üzrə uşaq və yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb. Birinciliyin reqlamentinə əsasən idmançılar 8-9 yaş, 10-11 yaş, 12-14 yaş və 15-17 yaş qrupları üzrə 14 çəki dərəcəsində rinqə çıxıblar.

Olimpiya sistemi üzrə keçirilən birincilyin yekun nəticəsinə əsasən, 8-9 yaş qrupunda Fərman Bağırov (24 kiloqram), Oğuz Məmmədli (27 kiloqram) və Səid Abbaslı (30 kiloqram) qalib adını qazanıblar. 10-11 yaş qrupunda Uğur Əliyev (30 kiloqram), Sadiq Hacıyev (34 kiloqram) və Hüseyn Həsənov (38 kiloqram) hamıdan güclü olublar. Mehman Abbasov (39 kiloqram), Şəmsəddin Əliyev (42 kiloqram), Səhət Əsədov (45 kiloqram), İsmayıl Yaqubov (48 kiloqram) və Yarəddin Cəfərov (51 kiloqram) isə 12-14 yaş qrupunda birinci yerə layiq görülüblər. 15-17 yaş qrupunda Miryusif Seyidov (51 kiloqram), Qənbər Nağıyev (54 kiloqram) və Ayhat İmranlı (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci olublar.

Komanda hesabında isə “Naxçıvan” komandası qalib adını qazanıb. “Şərur” komandası ikinci, “Turan” İdman Klubu üçüncü olub. Mükafatlandırma mərasimində öz  çəki dərəcələri üzrə 3 yeri tutan  idmançılar və komandalara Naxçıvan Muxtar respublikası Gənclər və İdman naziri, Kikboksinq Federasiyasının sədri Azad Cabbarov diplom və kubok təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: