Yeniyetmələr arasında boks üzrə açıq birinciliyin qalibləri müəyyənləşib

115

“Baku Fayt Lab” (BFL) klubunun təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında boks üzrə klubun açıq birinciliyinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, Ruslan Qədirov (BFL, 49 kq), Maqsud Xasmedov (BFL, 52 kq), Hüseyn Əbdülhadi (İraq, 56 kq), Mömün Akıl (İraq, 60 kq), Rəşid Həsənov (BFL, 64 kq), Səccad Əli (İraq, 69 kq), Rüfət Nəbiyev (Ağdaş, 75 kq), Abdul Vahab (İraq, 81 kq), Adil Vəliyev (UGİM, 91 kq), Əhməd Əhmədov (BFL, 91 kiloqramdan yuxarı) turnirin qızıl medalına layiq görülüblər.

Dekabrın 19-da Boks Mərkəzində start götürən yarışlar 4 gün davam edib. Açıq birincilikdə ölkəmizin şəhər və rayonlarından, eləcə də İraq dövlətindən, ümumilikdə, 20 komandanın tərkibində 100-ə yaxın idmançı qüvvəsini sınayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: