Yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Azərbaycan birinciliyində sonuncu yarış gününə start verilib

139

Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində sonuncu yarış gününə start verilib.

NUHÇIXAN xəbər verir ki, körpücük üzərinə yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 69 kiloqramadək olan atletlər çıxıblar.

Bu çəkidə ümumilikdə 241 kiloqram (109+132) nəticə ilə Elməddin Hüseynov qızıl medala layiq görülüb. Gümüş medalı 236 kiloqram (105+131) nəticə ilə Nurlan Rəsulov, bürünc medalı isə 216 kiloqram (98+118) nəticə ilə Samir Əskərzadə qazanıb.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: