Yeniyetmə güləşçilərimiz dünya çempionatının ilk günündə üç medal qazanıblar

167

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

NUHÇIXAN xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər yarışıblar. Güləşçilərimiz ilk yarış gününü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

İlk gündə mübarizə aparan güləşçilərimizdən dördü yarımfinala yüksəlib. Yarımfinal görüşlərini qələbə ilə başa vuran Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) finala yüksəliblər. Final görüşlərini də qalib başa vuran hər iki güləşçimiz çempionatın qızıl medalını qazanıb.

Təsəlliverici görüşdə qələbə qazanan Əbülfəz Nəsirov (55 kq) da bürünc medal görüşünə haqq qazanıb. Gürcüstan idmançısına da qalib gələn güləşçimiz çempionatın bürünc medalına sahib olub.

Yarımfinalda uduzan Saqadulla Ağayev (80 kq) və İslam Abuyev (110 kq) bürünc medal görüşünə haqq qazansa da bu imkandan yararlana bilməyiblər. Hər iki güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: