Yeniyetmə cüdoçularımız Avropa kuboku yarışlarında 8 medal qazanıblar

112

Portuqaliyanın Koimbra şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçirilib.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq turnirdə uğurla çıxış edən cüdoçularımız 8 medal qazanıblar.

Millimizin üzvləri Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (90 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medalla kifayətlənib. Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Portuqaliyada 3 qızıl, 1 gümüş və 4 bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa kuboku turnirində Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: