Yeniyetmə ağır atletimiz Avropa birinciliyinin qalibi oldu

170

İyulun 22-dən 29-dək İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyində ilk yarış günü arxada qalıb. Dünyanın 40-dək ölkəsindən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir, həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

NUHÇIXAN xəbər verir ki, Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edir. İyulun 22-də millimizin üzvlərindən dördü körpücük üstünə çıxaraq qüvvəsini sınayıb.

Yaşı 15-ə qədər olan qızlarımızdan Günel Muxtarlı Günel 44 kq çəki dərəcəsində toplam 97 kq (42+55) nəticə ilə 6-cı, Selcan Qarayeva isə 48 kq çəki dərəcəsində toplam 116 kq (50+66) nəticə ilə 7-ci yeri tutub.

Oğlanlarda nəticələr fərqli olub. Elvin Şükürzadə yaşı 15-dək oğlanlar arasında 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin kiçik gümüş medalçısı adını qazanıb. Təkanla qaldırma hərəkətində Elvin 95 kq çəkinin öhdəsindən gələ bilib. O, bu hərəkətdə 6-cı olub. Toplam 173 kq (78+95) nəticə ilə Elvin Şükürzadə Avropa birinciliyinin yekun sıralamasında 4-cü yeri tutub. Onu medaldan cəmi 1 kq ayırıb.

Son olaraq yaşı 17-dək oğlanlar arasında 50 kq çəki dərəcəsində Ömər Cavadov körpücük üstünə çıxıb. Atletimiz möhtəşəm çıxış nümayiş etdirib. O, birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 88 kq nəticə göstərib. O, bütün rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal qazanıb. Ömər uğuru təkanla qaldırma hərəkətində də davam etdirib. Atletimiz bu dəfə 102 kq-ı ram edərək bu hərəkətdə Avropa ikincisi olub.

Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: