Yenilənən abidə – Yengicə hamamı

389

NUHÇIXAN xəbər verir ki, hazırda Şərur rayonundakı Yengicə hamamında bərpa işləri aparılır. Binanın üzlənməsi işləri başa çatıb, həyəti isə abadlaşdırılır.

 XVIII əsrə aid və Şərq memarlığının gözəl nümunələrindən biri olan Yengicə hamamının bərpa layihəsi Naxçıvan alimləri tərəfindən hazırlanıb.

Yengicə hamamı əslən Şahtaxtı kəndindən olan xeyriyyəçi Tovuz xanım tərəfindən tikdirilib. Ümumi sahəsi 650 kvadratmetrdir. Hamam binası düzbucaqlı formada olmaqla, bir cüt səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa bölünür. Günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidməti otaqlar qismən dağıntıya məruz qalsalar da, hamamın daxili planı yaxşı vəziyyətdədir. Bu da hamamın ilkin quruluşunu da bərpa etməyə imkan verir.

                                                             Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: