Yeni qurğu dünyanın istənilən yerindən internetə qoşulmağa imkan verəcək

112

“Alcatel” şirkəti dünyanın istənilən yerindən internetə sürətli qoşulma üçün “HH40V” portativ marşrutlayıcısını təqdim edib.

NUHÇIXAN “4PDA” resursuna istinadla xəbər verir ki, “Qualcomm MDM9207” çipi üzərində qurulan qurğu bütün şəbəkə standartlarını, o cümlədən 4G şəbəkəsini dəstəkləyir. Bundan başqa, marşrutlayıcını naqilli “Ethernet” qoşulması vasitəsilə istifadə etmək olar.

“Alcatel HH40V” iki “Ethernet” portu və 150 Mbit/saniyə yükləmə sürətinə malik “4G LTE” modulu ilə təchiz edilib. Yeni qurğu “Wi-Fi” şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/saniyə sürətində paylayır.

Məlumata görə, daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün “Alcatel HH40V” marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür. Məsələn, kabel vasitəsilə əlaqə itən zaman 4G qoşulma avtomatik aktivləşir. “LTE” siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir.

“Alcatel HH40V” marşrutlayıcısının qiyməti 70 dollar təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: