Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun ekspertləri səsi tutan və səsləndirən nanomembran – şəffaf, görünməz plyonka yaradıblar.
NUHÇIXAN-ın məlumatına görə, yeni elementlər membranlar əmələ gətirən gümüş nanoliflər əsasında yaradılıb və istifadəçiyə zərər vermədən dəri üzərinə yapışdırılan şəffaf plyonka şəklini alıb.
Plyonka həm dinamik, həm də mikrofon kimi işləyir. Qurğunun iş prinsipi sadədir: dinamik kimi çıxış edən plyonka simsiz interfeys vasitəsilə səsi ötürən qurğuya qoşulur, keçən cərəyanın onu və ətraf havanı qızdırması nəticəsində isə səs işə salınır. Lakin mikrofon rejimində iş zamanı əks proses baş verir: plyonka səs tərəddüdlərini cərəyana çevirir, onlar qeydə alınır və yazılma üçün diktofon və digər qurğuya ötürülür.
Bildirilir ki, qurğunu jestlər və ya səslə idarə etmək mümkündür. Bundan başqa, plyonkadan smartfon və digər elektronika növlərinin məsafədən idarə olunması üçün istifadə etmək olar.