Yeni kitab təqdimatı keçirilib

147

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, universitetin Elmi Kitabxanasında “Sosial sahələrin iqtisadiyyatı” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Təqdimatda kitab haqqında fikirlər dinlənilib. Nəzərə çatdırılıb ki,  təqdim olunan dərs vəsaitində real tədqiqatlar əsasında respublikada sosial sahələrin iqtisadiyyatı, onun büdcə, sahibkarlıq və maliyyə istiqamətləri, sosial infrastruktur anlayışı və xidmət sahələri geniş təhlil olunur. Burada ölkənin bütövlükdə və onun ayrı-ayrı regionlarının sosial sahələrinin müasir vəziyyəti, perspektiv istiqamətləri və bir sıra digər mövzulara diqqət ayrılır.

Dərs vəsaiti iqtisad profilli ali məktəblərin bakalavr təhsil mərhələsinin tələbələri üçün nəzərdə tutulub. Eyni zamanda ondan aspirantlar, müəllimlər, elmi işçilər və digər maraqlanan şəxslər də faydalana bilər.

Kitabın müəllifi, iqtisad üzrə fəlsəfə doktoru Həvva Adgözəlova qeyd edib ki, 2 fəsil 6 paraqrafdan ibarət olan kitabın fərqli xüsusiyyəti daha çox Naxçıvanda sosial sahələrin idarə olunması, inkişafı, göstəricilərindən bəhs etməsidir. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: