Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclası keçirilib

72

NUHÇIXAN xəbər verir ki, şura iclasında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının 2018-ci ilin  birinci  rübündəki fəaliyyəti müzakirə olunub.

Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli bildirib ki,  partiyanın Naxçıvan şəhər təşkilatı  2017-ci ili qənaətbəxş başa vurub. 2018-ci ilin ilk rübündə  də, partiyanın yuxarı orqanlarının qərar, sərəncam, tapşırıq və göstərişlərini əldə rəhbər tutaraq, öz fəaliyyətini partiya rəhbərliyinin tələbləri səviyyəsində qurmağa çalışıb. Natiq, 2018-ci il aprel ayının 11-də ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində  Yeni Azərbaycan Partiyasının qələbəsindən bəhs edib. Partiyanın sədri İlham Əliyevin  86 faizdən çox  səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsini   Azərbaycan seçicisinin son 15 ildə  görülən işlərə  verdiyi yüksək dəyərin, gələcəyə inamın ifadəsi  olduğunu vurğulayıb.

Qeyd olunub ki, 2018-ci ilin aprel ayının  1-nə qədər  partiyanın Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 366 nəfərə çatıb. İlin ilk üç ayı ərzində partiyaya 373 yeni üzv qəbul edilib ki, bunların 363  nəfərini və ya 97,3 faizini 18-35 yaşlı gənclər, 230 nəfərini və ya 61,6 faizini qadınlar təşkil edir.

Hazırda partiyanın şəhər təşkilatı   öz tərkibində  152 ərazi ilk təşkilatını birləşdirir.

Şura iclasında ilk partiya təşkilatlarının sədrləri də çıxış  ediblər.

Hafizə Əliyeva

NTV Xəbər 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: