Yazıçılar Birliyinin üzvləri “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının əsgərləri ilə görüşüblər

120

Bu gün Azərbaycan Ordusunun hər bir əsgəri hər an Vətən torpaqlarını yağı düşməndən azad etməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərinin “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının əsgərləri ilə görüşündə səsləndirilib.

Tədbirdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının zabiti, kapitan Orxan Seyidov çıxış edərək Azərbaycan Ordusunun güclü bir orduya çevrildiyini vurğulayıb, muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb.

Orxan Seyidov 2016-cı il Aprel döyüşlərindən, əsgərlərin Şərur rayonunun Günnüt kəndindəki qəhrəmanlığından söz açaraq bütün bunların igid oğullarımızda yüksək döyüş əhval-ruhiyyəsi yaratdığını qeyd edib.

Yazıçılar Birliyinin sədri Asim Yadigar “Poeziyamızda vətənpərvərlik hisslərinin tərənnümü” mövzusunda çıxış edərək şairlərimizin belə əsərlərindən söhbət açıb. Bildirib ki, əsgərlərdə vətənpərvərlik hisslərini gücləndirmək baxımından ədəbiyyatın, poeziyanın müstəsna rolu vardır. O, əsgərlərə həsr etdiyi şeirlərindən nümunələr səsləndirib.

Sonra şairlərdən Əbülfəz Ülvi, Ələsgər Nehrəmli, Elxan Yurdoğlu, Zeyqəm Vüqar, hərbçilərdən baş leytenant Habil Vəliyev və Aslan Quliyev Vətənə, əsgərlərə həsr edilmiş şeirlərini qiraət ediblər. Əsgərlərin ifasında vətənpərvərlik mövzusunda mahnılar dinlənilib və videoçarx nümayiş olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: