Yayın dadlı simvolu

61

Yay fəslinin rəmzi olan dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, bu soyuq və dadlı təam demək olar ki, hamının sevimlisidir. Xüsusilə də uşaqların. Dondurmanı sevməyən uşaq, demək olar ki, yoxdur. Valideynlərin çoxu  soyuqdəymə və boğaz ağrısından ehtiyat edərək uşaqlarına dondurma yeməyi qadağa qoyurlar. Həkimlər isə uşaqları sevdikləri bu qidadan məhrum etməyi məsləhət görmür. Onların dediyinə görə uşaqlar gün ərzində 100 qramı keçməmək şərtilə dondurma yeyə bilərlər. Əks halda çox dondurma yeyən uşaq gün ərzində yemək  yeməkdən imtina edəcəkdir.

İndi isə keçək dondurmanın yeyilmə qaydasına. Bir çoxlarımız buna əhəmiyyət verməsək də, əslində bu, olduqca diqqət edilməli məsələdir. Belə ki, əgər dondurmanı asta-asta yesək, bu zaman boğaz ağrısı halları ilə rastlaşmarıq. Lakin dondurmanı dişləyə-dişləyə yesək, bu həm dişlər, həm də boğazımız üçün ziyanlı ola bilər. Dondurmanın haçan yeyilməsinə gəldikdə isə, ac olarkən yemək əvəzinə dondurma qəbulu bəzi xəstəliklərə yol aça bilər. Təbii ki, belə hallarda insanda daha çox mədə ağrıları müşahidə olunur.

Bəzi insanları, xüsusilə də qadınları dondurma ilə bağlı narahat edən digər bir məsələ isə, onun əlavə kilolara səbəb olmasıdır. Lakin dietoloqların fikrincə, normal miqdarda qəbul etdikdə, dondurma kökəlmə hallarına gətirib çıxarmır. Əksinə dondurma insanda çox tez toxluq hissi yaradır. Nəticədə hansısa qida qəbulunu dondurma ilə əvəz etdikdə o,  hətta arıqlamağa belə kömək edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: