Yaşıl çayın yeni gözlənilməz faydası

178

Pekin Universiteti (Çin) alimləri aşkar ediblər ki, bütün digər faydalı xüsusiyyətlərlə yanaşı yaşıl çay həmçinin sümüklərin sağlamlığını da qoruyur.

İnsan yaşlaşdıqca onun sümükləri daha kövrək olur, sümük toxuması zəifləyir, azalır. Bu isə sümük qırılmasının təhlükəsini artırır.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, çay bu problemi həll etməyə kömək edir. Araşdırma göstərib ki, 30 il və bundan çox müddət ərzində müntəzəm olaraq yaşıl çay içən insanlarda sümüklərin qırılması riksi 30%-ə qədər azalır.

Nəzərə almaq lazımdır ki, bundan əvvəl aparılmış araşdırmalar göstərib ki, yaşıl çayın faydalı xüsusiyyətlərinə baxmayaraq onu həddindən artıq çox miqdarda içmək olmaz. Bu qaraciyər üçün ziyanlıdır və hətta qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Mütəxəssilər gün ərzində 2-3 fincan yaşıl çay içməyi tövsiyə edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: