Yaşıl alçanın faydaları

63

Yaşıl alça bizim ən sevimli meyvələrdən biridir. Həmçinin yaşıl alça çox faydalıdır.

NUHÇIXAN sizə alçanın bəzi faydalı xüsusiyyətlərini təqdim edir:

1. Yaşıl alça C vitamini ilə çox zəngindir. C vitamini güclü antioksidantdır, damarları daha möhkəm və elastik edir.

2. Alçanın tərkibində PP (B3) vitamini var. Bu vitamin orqanizmi hüceyrə səviyyəsində müxtəlif mutasiyalardan qoruyur.

3. Alçanın tərkibində çoxlu miqdarda pektin maddəsi var. Pektin bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən toksinləri xaric etməyə kömək edir.

4. Kaliumla zəngin olan alça ürək üçün çox faydalıdır, arterial təzyiqi tənzimləməyə kömək edir. Lakin alçanı duzla yeyirsinizsə, bu faydalı xüsusiyyəti unudun. Kalium orqanizmdən artıq mayeni çıxardır, duzun tərkibində olan natrium isə əksinə orqanizmdə mayeni saxlayır və bu da təzyiqi qaldırır və ürəyə düşən gərginliyi artırır.

5. Alça xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: