Yaratdıqca ucalır

2. 083

Düz 23 il bundan əvvəl- 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov görkəmli dövlət xadimi kimi özünü təsdiq etmiş və yorulmaz fəaliyyəti ilə Naxçıvanı inkişaf və tərəqqiyə qovuşdurmuşdur. NUHÇIXAN Sahil Tahirlinin bu münasibətlə yazdığı yeni şeirini təqdim edir:

Yaratdıqca ucalır

95-dən başlayır bu dastanın tarixi…

Yazanın biləyində bir polad qüvvəsi var,

Yazanın ürəyində Qorqud nişanəsi var. 

Yaratdıqca ucalır, 

Ucaldıqca daha yaxşı yaradır!

Qibləsi Əshabi-Kəhf, Məkkəsi Naxçıvandır,

Qətiyyəti sel qədər, cəsarəti ümmandır…

Körpü tikir, yol salır, 

Ordu qurur, Günnüt kimi kənd alır,

Anamız Naxçıvanı kərpic-kərpic ucaldır!

Tarixə dəyər verir və tarixi yaşadır!

Ulu öndər yoluna sədaqət rəhnidir O, 

Torpağa saf sevginin kitabı, mətnidir O.

Öncə Vətən, öncə yurd:

Məramının ilkidi,

Naxçıvan ürəyidi,

Məqamının ilkidi!

Bir vaxt yolları bağlı,

Qolu bağlı Naxçıvan 

Tənha, yalqız adadan dönübdü 

Nur selinə, işığa bələnibdi,

Arazın sahilində yanıb, şölələnibdi.

Budur, yenə bir an da boşa vermir Naxçıvan…

Əlincə daşlarından, Haçadağ vüqarından 

Güc aldıqca güc alır…

O Vasif Talıbovdu-

Naxçıvan torpağında 

Yeni tarix yaradır!!!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: