Yaponiyanın “Pavone” jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan məqalə yayıb

156

Yaponiyanın nüfuzlu “Pavone” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan xüsusi məqalə dərc edilib.

NUHÇIXAN xəbər verir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunub” sərlövhəli məqalənin müəllifi jurnalın baş redaktoru Akira Matsudadır. Məqalədə Azərbaycanda 28 May – Respublika Günü, Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Tokionun “Okura” otelində mayın 24-də səfirliyimiz tərəfindən keçirilən rəsmi qəbuldan bəhs edilir.

Tarixə ekskurs edən müəllif 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlament respublika modeli əsasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini, bununla əlaqədar həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Cümhuriyyət müsəlman dünyası ilə yanaşı, Avropanın bir çox dövlətlərindən də əvvəl qadınlara səsvermə hüququ vermiş ilk dünyəvi dövlət olub. Cümhuriyyətin yaradılması Azərbaycan xalqının böyük nailiyyətidir. Məhz o zaman Azərbaycan dili rəsmi status alıb, dövlətin bayrağı və digər atributları qəbul edilib, Milli Ordu yaradılıb. Həmçinin Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa zaman ərzində sürətli inkişafa nail olması barədə də məqalədə geniş bəhs olunur.

Müəllif, həmçinin Bakı şəhəri və onun görməli yerləri haqqında oxuculara ətraflı məlumat verir.

Əlavə olaraq, məqalədə Azərbaycan -Yaponiya ikitərəfli münasibətləri, o cümlədən iki ölkənin regionları arasında əməkdaşlıq, “Itochu” və “Inpex” şirkətlərinin ölkəmizdə fəaliyyəti ilə bağlı məlumatlar da öz əksini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: