Yaponiyanın dövlət strukturları “Huawei” və “ZTE” şirkətlərinin məhsullarını ala bilməyəcəklər

97

Yaponiyanın bir neçə nazirliyinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri kommunikasiya avadanlığı ilə əlaqədar yeni meyarlar qəbul ediblər.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, bu, Yaponiyanın dövlət strukturları tərəfindən Çinin “Huawei Technologies Co. Ltd.” və “ZTE Corporation” şirkətləri tərəfindən istehsal edilən texniki məhsullara qadağanın tətbiqi deməkdir. Qərar qəbul edilərkən Çin tərəfi ilə narahatlıq yaratmamaq üçün bu iki şirkətin adı qeyd edilməyib. Bu tədbirin ABŞ-ın həmin Çin şirkətlərinin xüsusi xidmət orqanları ilə əlaqədar olduğunu göstərməsi və onlardan istifadəni qadağan etməsi fonunda görüldüyü bildirilir.

ABŞ administrasiyası bu ərəfədə müttəfiq ölkələrin naqilsiz rabitə və internet provayderlərini “Huawei” şirkətinin avadanlığından imtina etməyə çağırıb. “Wall Street Journal” nəşrinin yazdığına görə, Vaşinqton həmin şirkəti gizli casusluqda ittiham edir. ABŞ xüsusilə provayderləri “Huawei” şirkətinin məhsullarından geniş istifadə edən Almaniya, İtaliya və Yaponiyadakı bazarlarından narahatlığını bildirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: