Yaponiyada sunami zamanı təxliyə üçün mobil proqram əlavəsi hazırlanıb

108

Yapon proqramçılar əhalinin sıx yaşadığı şəhərlərdə sunami zamanı təxliyəyə kömək məqsədilə smartfonlar üçün xüsusi proqram əlavəsi hazırlayıblar.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, əlavə Tokio yaxınlığındakı Kavasaki şəhərinin köməyi ilə Thoku Universiteti yanında Təbii Fəlakətlərin Öyrənilməsi Beynəlxalq Elmi-Tədqiqat İnstitutu və Fuziçu laboratoriyası tərəfindən hazırlanıb. Əlavəni hazırlayanların bildirdiyinə görə, o, naviqasiyadan istifadə edərək təxliyə yerinə ən yaxın marşrutu tapmağa kömək edir.

Əlavədən istifadə edənlər fotolar və şərhlər yayaraq sualtında qalan ərazilər, dağılan binalar barədə informasiyaları bölüşə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: