Yaponiyada “Fuci brilyantı”ndan zövq alırlar

103

Yaponiyanın ən hündür Fuci dağına gələn turistlər “Fuci briliyantı” adlı təbiət hadisəsindən zövq alırlar.

NUHÇIXAN xəbər verir ki, bu hadisə Günəşin Fuci dağının arxasından çıxaraq onun zirvəsinə doğru qalxması zamanı müşahidə olunur. Həmin anda dağın zirvəsi qiymətli daş kimi şəfəq saçır. Buradan da “Fuci brilyantı” adı yaranıb.

Həmin təbiət hadisəsini yanvarın əvvəllərində Fucikavaquçiko şəhərindən Günəşin doğması zamanı müşahidə etmək olar.

Havanın soyuq olmasına baxmayaraq, Günəşin zirvəyə çatdığı anı müşahidə etmək üçün səhər saat 8 radələrində buraya çoxlu sayda fotoqraf və turist toplaşır.

“Fuci brilyantı” prosesi Günəş dağı tam işıqlandıranədək – təxminən iki dəqiqə davam edir.

Bu təbiət möcüzəsini yanvarın 10-dək Fuci Motosuko kurortundakı turist mərkəzindən müşahidə etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: