Yaponiya və Seneqal qarşılaşmasında heç-heçə nəticə əldə edilib

152

İyunun 24-də “Rusiya 2018”in on birinci günündə ikinci oyun baş tutub. “H” qrupunda yer alan Yaponiya və Seneqal milliləri qarşılaşıblar.

NUHÇIXAN xəbər verir ki, “Yekaterinburq Arena”da oynanılan görüşdə hesabı erkən qolla seneqallılar açıb. Üçüncü dəqiqədə cinah ötürməsindən sonra qapıçının səhfini “Liverpul”un əsas qol sılahı sayılan Sadio Mane bağışlamayıb – 0:1. Birinci hissənin bitməsinə on dəqiqə qalmış yaponlar hesaba tarazlıq gətiriblər. Yuto Naqatomonun ötürməsindən sonra Takasi Unui cərimə meydançanın daxilindən uzaq küncə dəqiq zərbə vurub – 1:1.

Fasilədən sonra oyunun 71-ci dəqiqəsində Seneqal millisi yenə hesabda irəli çıxıb. Musa Vaqe fərqlənib – 1:2. Qoldan yeddi dəqiqə sonra yaponiyalıların əks hücumunu Keysuke Honda dəqiq zərbə ilə tamamlayıb – 2:2. Beləliklə, görüş 2:2 hesabı ilə heç-heçə ilə başa çatıb.

Seneqal yığması qrupun ilk turunda Polşa millisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Yaponiya isə birinci turda gözlənilmədən Kolumbiya yığmasından üstün olub (2:1). Qrupun ikinci turuna Polşa-Kolumbiya oyunu ilə yekun vurulacaq.

Xatırladaq ki, günün son qarşılaşması saat 22:00-da “Kazan Arena”da Polşa və Kolumbiya milliləri arasında keçiriləcək. İdman həvəskarları qarşılaşmanı İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: