Yaponiya şirkətləri plastiklərə alternativ hazırlayır

159

Yaponiyanın nəhəng kağız istehsalı şirkətləri plastik tullantıların miqdarının azaldılması məqsədilə başlanan qlobal təşəbbüsdən mənfəət əldə etmək məqsədilə bu məhsullara alternativ hazırlamağa başlayıblar.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, “Oji Holdings” şirkəti yüngül yeməklər üçün kağız bağlama istehsalına başlayıb.

“Nippon Paper Industries” şirkəti isə meyvə şirələri və buna bənzər digər içkilər üçün kağız stəkanlar istehsal edəcək. Yaponiya kağız sənayesi müəssisələri bununla qlobal plastik tullantılar probleminin həllinə yardım etmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: