Yaponiya hökuməti uçan maşınların hazırlanmasına kömək məqsədilə xüsusi orqan yaradacaq

174

Yaponiya hökuməti uçan maşınların hazırlanmasına kömək göstərəcək xüsusi orqanın yaradılmasına hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, pilotsuz uçan aparatlar formasında hazırlanacaq həmin maşınlar avtomobil tıxaclarının aradan qaldırılmasına və yüklərin vaxtında çatdırılmasına xidmət edəcək.

Əlaqədar nazirliklərin nümayəndələrinin bildirdiyinə görə, avqustun 29-dan həmin qrup bu vəzifənin kommersiya yolu ilə həllinin müzakirələrinə başlayacaq. Qeyd edilib ki, qrupun tərkibinə “Airbus” və “Boeing” kimi şirkətlərin, həmçinin mobil əlavələr vasitəsilə yüklərin daşınması ilə məşğul olan “Uber” şirkətinin nümayəndələri də daxil olacaq. Bununla yanaşı, qrupun tərkibinə Yaponiyanın pilotsuz uçan aparatlar hazırlayan şirkətlərinin nümayəndələri də qatılacaqlar.

Qrupun üzvlərinin təhlükəsizliyini təmin etmək üçün naviqasiya qaydalarının müəyyənləşdirilməsi, həmçinin hökumətin texniki yardım barədə müzakirələr aparacağı da gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: