Yapon həkimlər endoskopik əməliyyat zamanı 8K texnologiyasından istifadə ediblər

137

Yaponiyanın şimalında yerləşən Hokkaydo xəstəxanasında endoskopik əməliyyat zamanı çox yüksək həllə malik 8K texnologiyasından istifadə edilib.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, Asahikava Universitetinin xəstəxanasında aparılan əməliyyat zamanı 8K formatlı kameraya malik endoskopdan istifadə edilib. Bu zaman alınan görüntülərin yüksək dəqiqliyə malik ənənəvi görüntülərdən 16 dəfə daha keyfiyyətli olduğu bildirilir.

Yeni texnologiyadan düz bağırsağında xərçəng olan xəstənin əməliyyatı zamanı istifadə edilib.

Əməliyyatı aparan cərrahlardan birinin sözlərinə görə, yeni texnologiyaların tətbiqi endoskopik əməliyyatlar zamanı təhlükəsiz və daha dəqiq fəaliyyətə şərait yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: