Yalnız atadan övlada ötürülən genetik xüsusiyyətlər

166

Genetika çox qəribə və maraqlı anlayışdır. Anadan övladına  bir çox zahiri və daxili cəhət keçsə də, adətən körpələrə atadan daha çox genetik xüsusiyyət ötürülür.

NUHÇIXAN atadan övlada ötürülən genetik xüsusiyyətlərin bir neçəsini təqdim edir:

Üzün simmetriyası körpəyə atadan keçir. Əgər atanın qalın çənəsi, assimetrik qaşları və burnunda əyriliyi varsa,  körpə də həmin xüsusiyyətlərlə doğula bilir. Həmçinin normadan böyük qulaqlar da bu siyahıya aiddir.

Batıq yanaqlar üz əzələsi ilə bağlı olan xüsusiyyətdir və dominantlıq təşkil edir. Əgər atanın yanağı batırsa, övladında da bu xüsusiyyət təkrarlanacaq.

Dişlərin keyfiyyəti qədər forması da genetik xüsusiyyət daşıyır. Əgər atanın nə vaxtsa ağız boşluğunda problemi olubsa, demək övladı da həmin problemi yaşayacaq.

Maraqlısı budur ki, saçların quruluşu və qalınlığı da atanın mirasıdır. Belə ki, atanın saçları tökülməyə meyillidirsə, bu hal övladında da təkrarlanacaq. Bura həmçinin, saçın rəngi, buruqluğu kimi cəhətlər də daxildir.

Əl izlərimiz hər birimizdə unikal və fərqlidir. Lakin çox vaxt körpənin əl izləri valideynlərinkinə çox bənzəyir. Xüsusən də ata və oğul arasındakı bu bənzərlik bəzən alimləri heyrətləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: