NUHÇIXAN xəbər verir ki, bu gün ölkənin ən nüfuzlu gündəlik ictimai-siyasi mətbuat orqanı olan Xalq qəzetində “Ulu öndərin yadigarlarından biri” başlıqlı geniş məqalə yer alıb. Naxçıvan Muxtar Respublikasının Babək rayonun 40 illiyi münasibəti ilə yazılan məqalədə rayonun sosial -iqtisadi tərəqqisi , son illər keçdiyi inkişaf yolundan bəhs olunur. Vurğulanır ki, 1978-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan və Azərbaycan xalqının qəhrəmanı Babəkin adı verilən rayon ümummilli liderin tarixi keçmişimizə verdiyi qiymətin təzahürüdür. Rayon bu gün öz sosial-iqtisadi göstəriciləri ilə muxtar respublikada mühüm yer tutur.
Babək rayonunun yaradılmasının tarixi əhəmiyyətini və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafındakı rolunu nəzərə alan Ali Məclisin Sədri Vasif Talıbov 2008-ci il iyunun 7-də Babək rayonunun təşkil olunmasının 30, 2018-ci il fevralın 16-da isə 40 illiyi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara uyğun olaraq, tədbirlər planı təsdiq olunub və silsilə tədbirlər keçirilib. Bir qəsəbə və 35 kəndi birləşdirən, 828,4 kavadratkilometr əraziyə malik olan Babək rayonu zəngin keçmişə və bu tarixi özündə əks etdirən möhtəşəm mədəni irsə malikdir- bu faktlar da məqalədə yer alıb. Bundan başqa yazıda Babək rayonun tarixi , qorunub saxlanılan qədim abidələri, sosial infrastrukturu, müasirləşən kəndləri və digər dəyərləri haqqında geniş söhbət açılır. Yazının müəllifi Naxçıvan Televiziyasının baş redaktoru Ramal Məmişovdur.
Məqalənin daha geniş məzmunu ilə Xalq qəzetinin səhifəsində tanış ola bilərsiniz.