Xəzan ömürlü payız

142

Hər fəsil özünəməxsus əlamətləri ilə yadda qalır. Yaz gül-çiçəyi, yay bol məhsulu, payız xəzanı, qış şaxtası, boranı ilə tanınır. Payız soyuq günlər üçün hazırlıq məqamıdır. Vədə heç nəyə baxmır. İlk payız yağışından sonra təbiətin mənzərəsi də dəyişir. Tez-tez çiskinli yağışlar  yağır. Həzin külək saralmış yarpaqları ətrafa səpələyir. Sanki yerə tökülən yarpaqlardan əlvan xalı sərilir. Xalının yeri sarı, gülü qızılı yarpaqlardır. Üstünə tökülən şeh damcıları sayrışan işıqları xatırladır, günəş şüası altında bərq vurur.

Kəndlərimizdə bu mövsümdə yetişən meyvələrin dərilməsi isə ayrı bir mənzərədir. Payızda  bağlardan ən gec yığılan heyva olur. Heyva sərin havada bir qədər də  saralır və sanki soyuğa təslim olmayaraq həmişəlik qızılı yarpaqların arasından boylanmaq istəyir. Bağlarda qızğın iş gedir. Ağacların quru budaqları kəsilir, dibi yumşaldılır, peyin verilir. İlin son suvarma suyu sayılan dondurma suyu aparılır.

Bir sözlə qapıda dayanan qışı qarşılamaq üçün payız sonuncu fürsətdir. Sanki təbiətdə ən yaxşı nemətlərini elə bu fəsildə insana verməklə onu qışın qarı-çovğunundan qorxmamağa çağırır. 

“Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: