“Xəyyam” faciəsinin səhnə məşqləri davam edir

251

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrı 136-cı teatr  mövsümünə hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, kollektiv yeni mövsümdə tamaşaçıların görüşünə görkəmli dramaturq Hüseyn Cavidin   “Xəyyam” faciəsi ilə gələcək. Hazırda əsərin səhnə  məşqləri gedir. Tamaşasının quruluşçu rejissoru  əməkdar artist Tofiq Seyidov, quruluşçu rəssamı, xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı isə Natəvan Qədimovadır.

Tamaşada teatrın əksər aktyorları iştirak edir. Gənclərin  əsas rollarda ifasına xüsusi diqqət göstərilib.

Tamaşa Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü münasibətilə hazırlanır.

                                                                                            Nuray Nəzərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: