“Xəmsə” Milli İntellektual Oyununun final mərhələsi keçirilib

187

NUHÇIXAN xəbər verir ki, “Gənclər Mərkəzi”ndə yeniyetmələr arasında keçirilən “Xəmsə” Milli İntellektual Oyunu  seçmə, yarımfinal və final mərhələlərindən ibarət olub. Final mərhələsində 8 komanda iştirak edib. Yarımfinal məhəlləsində ən yüksək nəticə göstərərək birinci və ikinci yerə layiq görülmüş komandalar finala vəsiqə qazanıblar. “Günnüt”, “Qafqaz”, “Mübariz” və “Zirvə” komandaları finalda mübarizə aparıblar. Sonda “Günnüt” komandası I, “Qafqaz” komandası II, “Mübariz” komandası isə III yerə layiq görülüb. Qalib komandalara diplom və fəxri fərmanlar təqdim edilib.

Birinci yeri tutmuş “Günnüt” komandası muxtar respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, “Xəmsə” Milli İntellektual Oyunu Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

                                                                            Mədinə Rəhimli 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: