“WhatsApp” messencerindən faylları oğurlayan saxta “Viber” aşkar edilib

163

“WhatsApp” messencerindən faylları oğurlayan saxta “Viber” aşkar edilib.

NUHÇIXAN xəbər verir ki, “ESET” antivirus şirkətinin mütəxəssisi Lukas Stefanko öz “Twitter” hesabında internetdə populyar “Viber” messenceri adı altında maskalanan casus proqramının peyda olması haqda yazıb.

L.Stefanko bu proqramı “Google Play” rəsmi proqramlar mağazası altında maskalanmış saytda aşkar edib. Casus proqramının yaradıcıları “Viber”i mükəmməl şəkildə “kopya”layıblar, məsələn, üzərində “redaksiyanın seçimi” nişanı var, 500 milyondan çox yüklənilməsi, həmçinin istifadəçilər tərəfindən verilmiş orta qiymət (4,3 bal) göstərilib. Saxta “Viber” proqramı aparata quraşdırıldıqdan sonra qurğunun yaddaşında və “SD” kartda fayllara geniş müraciət hüququ istəyir. Casus proqramı iş zamanı “WhatsApp” və “WeChat” messencerlərindən mediafayl, sənədləri, qurğunun yaddaşında olan bütün şəkil və başqa yüklənilmiş faylları gizlicə oğurlayır, həmçinin zəngləri yaza bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: