“WhatsApp” messencerində barmaq izinə görə autentifikasiya sınaqdan keçirilir

80

“WhatsApp” messencerinin təhlükəsizliyi gücləndirilir. Belə ki, istifadəçi sözügedən messenceri yalnız onun barmaq izi skaner tərəfindən oxunub tanındıqdan sonra aça biləcək. Bu haqda “WABetal Info” məlumat verib.

NUHÇIXAN “life.ru” saytına istinadən bildirir ki, yeni funksiyanı sazlamalardan aktivləşdirmək mümkün olacaq və “Android” əməliyyat sisteminin “Marshmallow” və daha yeni versiyalarının idarəetməsi altında işləyən smartfonlarda dəstəklənəcək. Alternativ autentifikasiya üsulu kimi pin-kod təklif edilir.

Nəticədə messencer daha təhlükəsiz olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: