“Volkswagen” 2019-cu ilin ortasında “Beetle” modelini buraxmayacaq

179

Alman avtomobil konserni “Volkswagen”in ABŞ bölməsi məşhur “Beetle” modelinin buraxılışını dayandıracaq.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə şirkətin bəyanatında bildirilir.

Qeyd olunur ki, avtomobilin buraxılışına 2019-cu ilin ortasında son qoyulacaq: “Beetle”in 3 nəsil və təxminən 70 ildən sonra yox olması onun sadiq pərəstişkarlarında çoxlu emosiyalar doğuracaq”, – deyə konsernin ABŞ bölməsinin baş direktoru Hinrik Vobken bildirib.

Onun sözlərinə görə, “Beetle”in gələcək buraxılışı “Volkswagen”in planlarına uyğun gəlmir, çünki avtomobil konserni Amerika bazarında əsasən ailə avtomobillərinin buraxılışında diqqətini cəmləşdirmək niyyətindədir.

Modelin istehsalının dayandırılması ilə əlaqədar şirkət yaxınlarda iki son modeli buraxacaq. Onlar “Final Edition SE” və “Final Edition SEL” olacaq ki, bu modellər avtomobil tarixinə son qoyacaq.

İlk modellə bağlı kuzovla qiyməti 23 min ABŞ dollarına yaxın olacaq, ikinci modelin qiyməti isə 26 min dollar təşkil edəcək. Avtomobillərin açıq kuzovlu qiymətləri isə müvafiq olaraq 27 və 30 min dollar təşkil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: