NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya- İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər və Ordubad rayon voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Görüşün yekun nəticəsinə əsasən, “Naxçıvan” komandası meydanı 3:0 hesablı qələbə ilə tərk edib. Sonda hər iki komandaya federasiya tərəfindən voleybol topları hədiyyə edilib.