Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatında finalçılar müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, yarımfinalda Çin yığmasını 3:2 hesabı ilə məğlub edən İtaliya millisi həlledici görüşə vəsiqə qazanıb. İtaliyalıların rəqibi Hollandiya komandası ilə görüşdən 3:1 hesablı qələbə ilə ayrılan serbiyalılar olacaq.
Oktyabrın 20-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 14:40-da, Çin və Hollandiya arasında bürünc medal uğrunda oyun isə həmin tarixdə saat 12:20-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.