Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.
NUHÇIXAN xəbər verir ki, millimiz Bakı toplanışı çərçivəsində sentyabrın 14-16-da Rusiyanın “Uraloçka” və “Dinamo Krasnodar” klubları ilə yoxlama oyunlarında gücünü sınayacaq.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.