Rusiya Prezidenti Vladimir Putin sentyabrın axırlarında Azərbaycana səfər edəcək.
Bundan əlavə, sentyabrın 27-28-də Rusiya dövlətinin başçısı Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələrinin liderlərinin görüşündə iştirak edəcək. Oktyabrda Vladimir Putinin Özbəkistana səfəri planlaşdırılır.
Rusiya dövlətinin başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu barədə “İzvestiya” qəzetinə məlumat verib.
NUHÇIXAN xəbər verir ki, Y.Uşakovun sözlərinə görə, bu ilin sonuna qədər Rusiya öz ölkəsinin, İranın və Azərbaycanın prezidentlərinin iştirak edəcəyi üçtərəfli sammitə ev sahibliyi edəcək.