Azərbaycan iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb. Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu bildirən Vladimir Putin qeyd edib ki, dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, regional və qlobal gündəliyə aid mühüm məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar.
Rusiya Prezidenti məktubunda yazır: “Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hərtərəfli möhkəmləndirəcəyik”.