Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksində olublar

587

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin əməkdaşlarına Qarabağlar Türbə Kompleksi haqqında məlumat verilib. Bildirilib ki, muxtar respublikada son 22 ildə 70-ə yaxın tarixi və mədəni abidə əsaslı təmir və bərpa edilib, 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli abidə pasportlaşdırılaraq dövlət qeydiyyatına alınıb. Onlardan biri də Qarabağlar Türbə Kompleksidir.

Qonaqlar kompleksin Xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla da yaxından tanış olublar. Xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

         Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: