Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib və “Əbədi Ezamiyyət” filminin təqdimatı keçirilib

98

ABŞ-ın paytaxtında məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil edildi və bu münasibətlə “Əbədi Ezamiyyət” sənədli filminin təqdimatı keçirildi.

NUHÇIXAN-ın məlumatına görə, ziyafətdə 250 nəfərdən çox ABŞ-ın dövlət qurumları, Vaşinqtondakı diplomatik korpus, ictimai-siyasi xadimlər və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Ziyafət Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədər silsilə tədbirlər çərçivəsində keçirilib.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ Konqresində beynəlxalq konfransda iştirak üçün Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri və Azərbaycan-ABŞ Dostluq Qrupunun rəhbəri Səməd Seyidov çıxış ediblər.

Bundan sonra qonaqlara “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: