V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində terrorizmi yaradan səbəblərin aradan qaldırılması ilə bağlı panel təşkil olunacaq

117

Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin terrorizmlə mübarizə məsələləri üzrə müavini Vladimir Voronkovla görüşüb.

Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, görüşdə terrorizmə yol açan ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlər və dinlərarası dialoqun vacibliyi, “Bakı prosesi”nin əhəmiyyəti, həmçinin bu istiqamətdə Azərbaycanın müsbət təcrübəsinin də BMT-nin fəaliyyətinə töhfə verdiyi qeyd edilib. Görüş zamanı 2019-cu ildə Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində terrorizmi yaradan səbəblərin aradan qaldırılması ilə bağlı birgə panelin təşkili təklif olunub.

Nazir bildirib ki, bununla bağlı digər beynəlxalq tərəfdaşlarla birgə müzakirələr aparılacaq və bu mövzu forumun proqramında nəzərə alınacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: