Üzüm bağları genişləndirilir

211

Rayon sakinləri yaşadıqları yerin təbiətinin zənginləşməsi, bağ sahələrinin və  yaşıllıq zolaqlarının genişləndirilməsi istiqamətində əsasən yaz, payız aylarında ayrı-ayrı sahələrə minlərlə tinglər əkirlər. Əkilən tinglər isə ilboyu insan qayğısı, qulluğu ilə əhatə olunur. Nəticədə isə göstərilən qayğı öz bəhrəsini verir. Qısa zaman ərzində qol-budaq ataraq böyüyən körpə fidanlar boy-boya verərək əsrarəngiz bir təbiət mənzərəsi yaradırlar. Bununla yanaşı, şəhər, qəsəbə və kəndlərimizin təmizliyi, səliqə-sahmanı, gözəl görünməsi naminə bu yerin insanları hər həftənin şənbə günü iməciliyə çıxır, böyük zəhmət sərf etməklə yaradılanları qoruyurlar. İlin hər fəslinə  uyğun işləri həyata keçirən şahbuzlular da bu payız günlərində yeni bağlar salır, qulluq işləri görür, təbiəti zənginləşdirməyə çalışırlar.

Elə şənbə günü də iməciliyə çıxan iki min nəfərdən artıq  rayon sakini həmişə olduğu kimi, yenə də  ayrı-ayrı massivlərdə olan bağlarda, yaşıllıq zolaqlarında xeyli sayda ting əkiblər. İməcilik iştirakçıları  Sələsüz kəndi ərazisində 0,7 hektar sahədə 1000 üzüm,   “İşgəsu” massivində isə 0,7 hektar sahədə 600 tut tingi əkməklə yeni bağ salıblar. Bundan başqa, bərpa məqsədilə “İşgəsu” massivində 0,6 hektar sahəyə 400 tut və 250 müxtəlif meyvə tingi əkilməklə seyrəklik aradan qaldırılıb. 

Görülən işlər deməyə əsas verir ki, bağ salmaq, yaşıllıq yaratmaq, təmizlik və səliqə-sahmanı qorumaq şahbuzlular üçün bir ənənəyə çevrilib.

Əli Rzayev

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: